Görkəmli qəzəlxan Əlağa Vahidin 120 illik yubileyi qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Görkəmli qəzəlxan Əlağa Vahidin 120 illik yubileyi qeyd olunub – FOTO

10:23 - 29 / 12 / 2015
Görkəmli qəzəlxan Əlağa Vahidin 120 illik yubileyi qeyd olunub – FOTO

AMEA  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin 120 illik yubileyinə həsr edilən musiqili ədəbi-bədii tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdən öncə Əlağa Vahidə həsr edilən sərgi nümayiş etdirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov Prezident İlham Əliyevin “Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, Azərbaycanda, eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanmış Vahidin həyat və yaradıcılığı barədə ətraflı danışıb.

Bildirilib ki, Füzuli ənənələrinin davamçısı olan Ə.Vahidin qəzəlləri poetik dilin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. O, Nizami, Xaqani, Nəvai və digər şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Qeyd olunub ki, ədəbiyyatımıza misilsiz töhfələr bəxş etmiş Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam dövlətimizin başçısının sənətə, ümumilikdə ədəbiyyatımıza verdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Sonda tanınmış xanəndələrin ifasında ustad sənətkarın qəzəllərinə bəstələnmiş musiqilər səsləndirilib.

1news.az

Paylaş:
1060

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər