İtkin düşən neftçilərin ailə üzvləri üçün 3 helikopter ayrılıb
Bizim xahişimizlə Fövqəladə Hallar Nazirliyi helikopter ayırıb. Jurnalistlər və valideynlər “Günəşli” yatağındakı 10-cu və “Neft daşları”ndakı 501-ci özülə uçub ordakı axtarış-xilasetmə işləri ilə tanış olacaqlar.
1news.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.
X.Məmmədovun sözlərinə görə, dənizdəki qasırğa axtarış-xilasetmə işlərinə çətinlik yaradır.
“Hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xəzər Dənizi Gəmiçiliyinin helikopter və gəmiləri axtarış işlərinə cəlb edilib”- deyə, X.Məmmədov qeyd edib.
1news.az
742