Saatlıda qadın ov tüfəngi ilə özünü vurdu

Saatlı rayonunun Azadakənd kəndində yaşayan Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
1news.az
1842