Maşınını traktora vuran Ağdaş sakininin atası öldü, özü və iki sərnişini yaralandı
![Maşınını traktora vuran Ağdaş sakininin atası öldü, özü və iki sərnişini yaralandı](/images/articles/2015/12/30/thumb_20151230012855203.jpg?2021-02-17+09%3A23%3A32)
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 18:00 radələrində rayonun mərkəzi olan Ağdaş şəhərində qeydə alınıb.
Belə ki, rayon sakini Elxan Şədiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Araz Cəbrayılovun idarə etdiyi “MTZ” markalı traktora vurub.
Nəticədə E.Səmədovun sərnişinlərindən atası Məhəmməd hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1news.az
615