Bakıda it üstündə qətl törədən Gürcüstan vətəndaşına hökm oxundu
30 dekabr səhər saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsində Həsən Həsənovun öldürülməsi ilə bağlı cinayət işinin yekun dinləməsi keçirilib.
1news.az-ın müxbirinin məhkəmə zalından verdiyi məlumata görə,hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə zamanı müttəhim Elçin Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 26 yaşlı Elçin Elman oğlu çobanov 6 yanvar 2015-ci ildə 25 yaşlı Həsən Həsənovu Bakı şəhərində “Sahil” metrosu yaxınlığında qətlə yetirib, Həsənovun dostu Orxan Məmmədzadəni isə bıcaqla yaralayıb.
Həsən Həsənovun atası təsdiq edir ki, oğlunun qatilinin cəzasının yüngülləşdirməyə cəhd edilib. Zərərçəkən Orxan Məmmədzadə məhkəməyə yazılı formada müttəhimin cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciət edib.
Qeyd eək ki, ötən dinləmə zamanı prokuror Həsən Həsənovun qatili üçün 18 il həbs cəzası istəmişdi.