FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirib

11:34 - 30 / 12 / 2015
FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyi 28-29 dekabr tarixlərində Şəmkir Su Elektrik Stansiyasının ərazisində taktiki-xüsusi təlim keçirib.

1news.az-ın məlumatına görə, təlimdə nazirliyin Gəncə Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələri iştirak ediblər.

Təlimə 286 nəfər şəxsi heyət və 36 ədəd texnika cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı əlaqənin təşkilindən ibarət olub.

Təlimi fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də izləyib.

1news.az

Paylaş:
1004

Son xəbərlər

Bütün xəbərlər