Xarkov şəhərində möhtəşəm həmrəylik konserti keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarkov şəhərində möhtəşəm həmrəylik konserti keçirilib - FOTO

04:54 - 31 / 12 / 2015
Xarkov şəhərində möhtəşəm həmrəylik konserti keçirilib - FOTO

Xarkov şəhərindəki Ukrayna Konsert Sarayında yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli bayram konserti keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşkil etdiyi bayram konsertində Ukraynanın dövlət və hökumət rəsmiləri,ali radanın və Xarkov vilayət şurasının deputatları,diaspora və media təmsilçiləri, o cünlədən, min beş yüzə yaxın tamaşaçı iştirak edib.Tədbirin rəsmi hissəsində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək ,əsirlər boyu dünyanın müxtəlif ölkələrinə səpələnmiş dünya Azərbaycanlılarının vahid dövlətçilik məvkurəsi ətrafında birlışməsində ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb.

Qeyd edib ki, Təməli 1991-ci ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ən müqəddəs bayramlarından birinə çevrilib. Təbiiki, bu gün artıq 24 ildirki, Ukraynada yaşayan azərbaycanlılar tərəfindəndə böyük təntənə ilə qeyd edilir. Ulu Öndərimizin belə bir günü tarixə salması dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını sözün əsl mənasında milli azərbaycançılıq məvkurəsi ətrafında birləşdirib.

Fərəhləndirici haldırki,dahi öndərin bu siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycan durmadan inkişaf edir.Xalqımız öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrilib .Son illər prezident ilham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və bölgədə həyata keçirilən qlobal sosial -iqtisadi layihələr haqqında ətraflı məlumat verən fəxri konsul,tədbirə qatılanları yeni il və dünaya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edib.

Tədbirdə Sumı Vilayətinin qubernatoru Nikolay Kluçko və Ukrayna Ali radasının deputatı Yaroslav Markeviç çıxış edərək, Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən bəhs ediblər. Qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə dost Azərbaycan və Ukrayna xalqlarına sülh və əminamanlıq arzulayan qubernator qeyd edibki ,qarşıdan gələn yeni ildə Azərbaycanla Ukrayna arasındakı iqtisadi siyasi elmi,mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.2016-cı ildə hər iki dövlət başçısının qarşılıqlı rəsmi səfərləri ikitərəfli münasibətlərin inkişafına əsaslı təkan verəcək . Azərbaycanın müstəqil bir dövlət kimi dünyada artmaqda olan nüfuzundan bəhs edən N. Kloçko 2015-ci ildə 2 dəfə Bakiya səfər etdiyini və ölkəmizdə həyata keçirilən qlobal sosial iqtisadi layihələrin duramdan inkişaf etməsindən qurur duyduğunu vurğulayıb.

Son illər Azərbaycanın əldə etdiyi nailiyyətləri xalqla dövlət başçısı arasındakı qarşılıqlı hörmət və ehtiramın məntiqi nəticəsi kimi səciyyələndirib.

Xarkov vilayətində yaşayan soydaşlarımızın əsl birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Ukraynanın xalq artisti Qurban Abbasovun,Vasili Jadan,Pavel Zibrov,Natalya Karpe və digər tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib.

Paylaş:
812

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər