Dünya şöhrətli Britaniya teatr tamaşaları Bakı kinoteatrlarında nümayiş olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya şöhrətli Britaniya teatr tamaşaları Bakı kinoteatrlarında nümayiş olunacaq

15:22 - 03 / 01 / 2016
Dünya şöhrətli Britaniya teatr tamaşaları Bakı kinoteatrlarında   nümayiş olunacaq

Bakı şəhəri, 30 dekabr 2015-ci il – British Council Azərbaycan TheatreHD layihəsi çərçivəsində dünyanın ən tanınmış teatrlarının – Kral Milli teatrı (London), “Qlobus” Şekspir teatrı (London), Kral Şekspir şirkəti (Stratford-na-Eyvone), Böyük Teatr (Moskva), Metropoliten Operanın (Nyu-York) və digər tanınmış teatrların ən məşhur tamaşalarının Bakıda kinoteatr ekranlarında nümayiş olunacağını məmnunluqla elan edir.

British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, CoolConnections şirkəti, Nizami Kino Mərkəzi  və Park Cinema  arasında olan birgə əməkdaşlıq nəticəsində həyata keçirilən layihə hər bir insana doğma şəhərini tərk etmədən, kinoteatr ekranlarında dünya teatrının və rəsm sənətinin şah əsərlərini görmək imkanı verəcək.

Baş rollarda dünya səviyyəli ulduzlar ­– Benedikt Kamberbetç, Tom Hiddlston, Reyf Fayns, Helen Mirren, Stiven Fray, Mark Stronq, Kristofer Plammer Yonas Kaufman, Cillian Anderson, Anna Netrebko, İldar Abdrazakov, Svetlana Zaxarova, Vladislav Lantratov və başqaları oynayırlar. 

Bundan başqa, TheatreHD layihəsinə unikal film-sərgilər də daxildir ki, bu filmlər dünyanın ən məşhur muzeylərinə səyahət etmək və Mone, Vermeyer, Van Qoq, Rembrandt və digər görkəmli rəssamların məşhur əsərlərini detalları ilə izləmək imkanı verir. 

TheatreHD nümayişləri  Rusiyanın 35-dən artıq şəhərində, həmçinin Ukrayna və Qazaxıstanda həyata keçirilir. Azərbaycan tamaşaçıları TheatreHD-i cari ilin 8 dekabr tarixindən başlayaraq 30 iyun 2016-ci il tarixinədək izləyə biləcəklər. 

TheatreHD layihəsi çərçivəsində növbəti tamaşalar :

- 5 yanvar tarixində, saat 19.30-da Park Cinemada (Flame Towers) Benedikt Kamberbeçin iştirakı ilə  nümayiş etdirilən “Şerlok” filmi.  Biletləri Park Cinemanın kassalarından əldə edə bilərsiniz, qiyməti 8 AZN-dir.  Biletlərin sayı məhduddur.

- 13 yanvar tarixində, saat 19.00-da Nizami Kino Mərkəzində (Bül-bül prospekti 20) Benedikt Kamberbeçin iştirakı ilə nümayiş etdirilən Uilyam Şekspirin “Hamlet” əsəri. Biletləri Nizami kino mərkəzinin kassalarından əldə edə bilərsiniz, biletlərin qiyməti 20 AZN-dir. Biletlərin sayı məhduddur.

- 27 yanvar tarixində, saat 19.00-da Nizami Kino Mərkəzində (Bül-bül prospekti 20) nümayiş etdirilən Şarlotta Brontenin “Ceyn Eyr” əsəri. Biletləri Nizami kino mərkəzinin kassalarından əldə edə bilərsiniz, biletlərin qiyməti 20 AZN-dir. Biletlərin sayı məhduddur.

British Council Azərbaycan fürsətdən istifadə edib Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Birləşmiş Krallığın Bakıdakı səfirliyinə, CoolConnections şirkətinə, Nizami Kino Mərkəzinə və Park Cinemaya  təşəkkürünü ifadə edir.

Ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın:

Dilarə İbrahimova

İncəsənət üzrə menecer

British Council Azərbaycan

T: (+994 12) 4971593

Paylaş:
951

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 4Bu gün, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər