Balakəndə zavodda partlayış olub: ölən və yaralananlar var
Balakən rayonunda yerləşən zavodların birində güclü partlayış baş verib.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veriblər.
Məlumata görə, bu gün saat 10:30 radələrində nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən şəhərində “Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.
Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.
1news.az
786