FHN “Günəşli” yatağındakı özüldə yanğının söndürülməsini və itkin düşənlərin axtarışını davam etdirir
Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.
639