Bölgələrdə avtomobil yolları qardan təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bölgələrdə avtomobil yolları qardan təmizlənib

10:27 - 04 / 01 / 2016
Bölgələrdə avtomobil yolları qardan təmizlənib

Bölgələrə qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılır. Magistral və rayondaxili avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, yeni ilin ilk günlərində Gəncə şəhərinə yağan qarın qalınlığı 20 santimetr təşkil edib. Şəhərin bütün kommunal xidmət infrastrukturu gücləndirilmiş iş rejiminə keçib. Gəncənin prospekt və küçələrinə 50 ton duz, 100 ton qum səpilib. Aidiyyəti qurumların xüsusi texnikaları yolları qar və buzdan təmizləyib. Şəhər icra hakimiyyətində bununla bağlı xüsusi qərargah yaradılıb. Aparılan işlərə bu qərargahdan nəzarət olunur.

İsmayıllı rayonunda da qarın törətdiyi fəsadlar aradan qaldırılıb. Magistral və rayondaxili avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub. Qar səbəbindən elektrik təchizatında yaranan problemlər də həll edilib.

Ağsu rayonunda yolların buz bağlamasının qarşısının alınması, magistral yollarda avtomobillərin fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Bakı-Şamaxı-Yevlax avtomagistralının dağlıq ərazilərdən keçən hissəsində və Ağsu dolayında xüsusi texnikaların köməyi ilə yol təmizlənib.

Daşkəsən rayonunda da yol təsərrüfatı işçiləri gücləndirilmiş iş rejiminə keçib. Magistral və rayondaxili avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb, yolun təhlükəli hissələrinə qum tökülüb. Rayonun elektrik, qaz və rabitə sistemində ciddi problem yaşanmayıb.

Quba rayonunda da qarın fəsadları aradan qaldırılıb. Hazırda Quba-Xınalıq istiqamətində avtomobillər hərəkət edir. Rayondaxili, Bakı-Quba və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolu qardan təmizlənib. Rayonda işıq, su və qazla təchizatda hər hansı problem yoxdur.

Paylaş:
626

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər