Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın söndürülüb
Bu gün saat 15.00 radələrində paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanında yerləşən beş mərtəbəli yataqxana binasındakı mənzillərdən birində qeydə alınıb.
1news.az –ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.