Bakı şəhər Yol Polisi İdarəsi ilkin tibbi yardım qutusunun alveri ilə bağlı ittihamları şərh edib
“ Yol polisi tibbi yardım qutuları və yanğınsöndürmə vasitələrinin satışı ilə məşğul olmur, bəzi jurnalistlər qəsdən öz uydurmaları ilə insanlar arasında yanlış məlumat yayır”.
1news.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri polis polkovniki Vaqif Əsədov məlumat verib.
“Yol hərəkəti haqqında”qanununa əsəsən maşında xüsusi qablaşdırmada ilkin tibbi yardım qutusu, yanğınsöndürmə vasitəsi və fövqəladə əyləc olmalıdır. Tibbi qutu olmadıqda sürücü cərimə oluna bilər. Lakin bu Yol Polisi üçün əsas məqsəd deyil. Bizim istəyimiz bütün sürücülərin maşınında bu əşyaların olması və ondan istifadə edə bilmələridir. Bu insanların həyatını xilas etməyə və avtomobili yanğından qorumağa yardım edəcək”, - deyə, V.Əsədəov qeyd edib.
1news.az