“Formula-1” yarışı ilə əlaqədar Bakının mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula-1” yarışı ilə əlaqədar Bakının mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

10:55 - 05 / 01 / 2016
“Formula-1” yarışı ilə əlaqədar Bakının mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

“Formula-1” Avropa Qran-Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində Bakının yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən 1news.az-a verilən məlumata görə, asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.

Bununla əlaqədar olaraq, Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.

1news.az

 

Paylaş:
941

Son xəbərlər

Bütün xəbərlər