Təhsil Nazirliyi: Ali məktəblərin təhsil haqqını ABŞ dolları ilə tələb etmə haqqı yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi: Ali məktəblərin təhsil haqqını ABŞ dolları ilə tələb etmə haqqı yoxdur

11:33 - 05 / 01 / 2016
Təhsil Nazirliyi: Ali məktəblərin təhsil haqqını ABŞ dolları ilə tələb etmə haqqı yoxdur

Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər ölkələrin pul vahidi ilə tələb etmə haqqı yoxdur. 

1news.az-ın verdiyi xəbərə görə, Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir.

Qeyd olunub ki, bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.

Xatırladaq ki, bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar dərc olunub. 

1news.az

 

Paylaş:
1429

Son xəbərlər

Bütün xəbərlər