Şamaxı və Masallı sakinləri donvurmadan öldülər
Azərbaycanda havanın temperaturunun aşağı düşməsi ölümlə nəticələnib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dünən Şamaxı rayonunun Nağaraxan kəndində yaşayan Mixail Belyayev həyətində donvurmadan ölüb.
Analoji hadisə Masallı rayonunda da qeydə alınıb. Belə ki, rayonun Türkoba kənd sakini Şahin Quliyev koma halında xəstəxanaya gətirilsə də həkimlər onun həyatını xilas edə bilməyiblər.
Onun da donvurmadan öldüyü müəyyən olunub.
1news.az
735