Gəncədə evə oğurluğa girən maskalı şəxslər ev sahibini və oğlunu döydülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə evə oğurluğa girən maskalı şəxslər ev sahibini və oğlunu döydülər

13:53 - 06 / 01 / 2016
Gəncədə evə oğurluğa girən maskalı şəxslər ev sahibini və oğlunu döydülər

Gəncə şəhərində oğurluğa girən maskalı şəxslər ev sahibi ilə oğlunu döyüblər.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, yanvarın 5-də gecə saat 04:00 radələrində Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb ediblər. Lakin səs-küy yarandığından oğrular istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulublar.

S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
939

Son xəbərlər

Bütün xəbərlər