Gəncə sakinindən 11 kiloqramdan artıq narkotik maddə götürülüb
Məhkumluq həyatı yaşamış Gəncə sakini yenidən polislər tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, DİN Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Yusifovdan 11 kiloqram 100 qram marixuana götürülüb.
1news.az
596