“Şahdağ“ Turizm Mərkəzində möhtəşəm Yeni İl gecəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şahdağ“ Turizm Mərkəzində möhtəşəm Yeni İl gecəsi

12:00 - 06 / 01 / 2016
“Şahdağ“ Turizm Mərkəzində möhtəşəm Yeni İl gecəsi

“Şahdağ“ Turizm Mərkəzində “Şahdağ”, “ Zirvə”, “Pik Palace” və “Park Chalet” hotellərində təşkil olunan yeni il şənlikləri hələ uzun müddət yaddaşlardan silinməyəcək. Burada - əzəmətli Şahdağ dağlarının əhatəsində əsl qış nağılı yaşamaq istəyənlər üçün unudulmaz ab-hava yaradılmış, xüsusilə, sehrli və əsrarəngiz Şahdağ gecələri qonaqlara özünəməxsus nağıl qəhrəmanı kimi hiss etmək şansı vermişdir.

Bu günlərdə qonaqlarımızın məmnunluğu və rahatlığını təmin edərək onlarda bayram əhval-ruhiyyəsi yaratmaq turizm mərkəzinin əsas məqsədi idi. Məhz turistlərin zövqlü və ən yüksək standartlara cavab verəcək istirahətini təmin etmək üçün turizm mərkəzinin bütün işçi heyəti var gücü ilə çalışmış, aldığımız xoş təəssüratlı şərhlər, tərif dolu sözlər buna nail olduğumuzu göstərmişdir.

Təntənəli yeni il şənlikləri və füsunkar Şahdağ səmasında möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti qonaqlarımızın zövqünü oxşamış, ağappaq qarla örtülmüş Şahdağ yamacları istər yerli, istərsə də əcnəbi turistlərdə ancaq müsbət təəssüratlar yaratmışdır.

Məlumat üçün bildirək ki, keçən illə müqayisədə turistlərin sayında kifayət qədər artım müşahidə olunmuşdur və cəmi bir neçə gün davam edən bayram günlərində turizm mərkəzini ziyarət edənlərin sayı 13 mindən artıq olmuşdur. Kəskin və şaxtalı hava şəraiti Yeni ildə Şahdağda istirahət etmək və gözoxşayan qardan zövq almaq istəyənlərəmane olmamışdır.

Xatırladaq ki, devalvasiyaya baxmayaraq, hotel qiymətlərində heç bir dəyişiklik olmamışdır və yaxın gələcəkdə istər hotel, istərsə də digər əyləncə xidmətləri ilə bağlı hər hansı qiymət artımının olması gözlənilmir.

Azərbaycanda ilk qış turizm mərkəzi olaraq ilbəil xidmətlərimizin keyfiyyətinin artırılması və müştəri məmnunluğunun təmin edilməsi bizim əsas şüarımızdır. Artıq 4 mövsümdür ki, fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzindəki inkişaf turistlərimizin say artımı ilə müşaiyət olunur.

Qeyd edək ki, yeni il bayramı bitsə də, xizək mövsümü davam edir. Turistlər istirahət mərkəzindəki xizək və snoubord sürmə, qarda gəzinti, kanatla dağa dırmanma, aeroxizək sürmə, tübinq, qar təmizləmə maşınlarında səyahət kimi çoxsaylı qış əyləncələrindən istifadə edə, eləcə də 20 restoran, kafe və bar, SPA və sağlamlıq mərkəzinin xidmətlərindən yararlana bilərlər.

Paylaş:
4571

Son xəbərlər

Bütün xəbərlər