Tarkan pərəstişkarı ilə evlənəcək-FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Tarkan pərəstişkarı ilə evlənəcək-FOTO

13:43 - 07 / 01 / 2016
Tarkan pərəstişkarı ilə evlənəcək-FOTO

Türkiyənin meqastarı, müğənni Tarkan fanatı olan xanımla evlənmək qərarına gəlib.

1news.az  xəbər verir ki, bunu müğənni Türkiydə mediasına açıqlamasında özü bildirib. O qeyd edib ki, bu il Pınar Dilək adlı xanımla ailə quracaq.

Onlar artıq 5 ilə yaxındır ki, bir-birini tanıyırlar. Bunu birlikdə çəkdirdikləri foto da təsdiq edir.

Deyilənə görə Almaniyadakı konsert zamanı  P.Dilək və Tarkanın birlikdə çəkildikləri foto onların münasibətinin əsasını qoyub.

Bu tanışlıqdan sonra onların görüşləri daha da artıb və araların sevgi münasibətləri yaranıb. Bir müddət sonra 43 yaşlı müğənni P.Diləyə evlilik təklifi edib.

Yayılan məlumata görə, cütlüyün toyu bu il baş tutacaq.

Paylaş:
1590

Son xəbərlər

Bütün xəbərlər