Əfqanıstanda terror aktı zamanı xəsarət almış insanlara yardım edən Azərbaycan zabitləri mükafatlandırılıb-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfqanıstanda terror aktı zamanı xəsarət almış insanlara yardım edən Azərbaycan zabitləri mükafatlandırılıb-FOTO

14:28 - 07 / 01 / 2016
Əfqanıstanda terror aktı zamanı xəsarət almış insanlara yardım edən Azərbaycan zabitləri mükafatlandırılıb-FOTO

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlı kontingentinin tərkibində xidmət keçən iki zabitimiz müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən mükafatlandırılıb. 

1news.az-ın məlumatına görə, tibb xidməti kapitanı Abdullayev Şükür Rüstəm oğlu və tibb xidməti kapitanı Əkbərov Gündüz Famil oğlu 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilmiş terror aktı zamanı xəsarət almış insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdiriblər.

İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi zabitlərimizin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib. Hərbi həkimlərimiz ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı uğurlu cərrahi əməliyyat edərək əfqan vətəndaşının həyatını xilas etməyə nail olublar.

Hərbi qulluqçularımızın çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib. Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.

1news.az

 

Paylaş:
838

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər