Bakıda saxta dollar əskinasını dəyişmək istəyən şəxs saxlanılıb
Yanvarın 6-da Nərimanov rayonu ərazisindəki valyuta mübadiləsi şöbələrindən birində saxtakarlığa cəhd edilib.
1news.az AR Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Rəşid Sadıqov saxta 100 ABŞ dollarlıq əskinası dəyişmək istəyərkən orada işləyən Anar Hüseynov tərəfindən saxlanılıb və 16-cı PB-yə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
1264