Həkim xəstəni döyərək öldürüb - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Həkim xəstəni döyərək öldürüb - VİDEO

11:03 - 09 / 01 / 2016
Həkim xəstəni döyərək öldürüb - VİDEO

Rusiyanın Belqorod şəhərində həkim tibb bacısına sataşan xəstəni döyərək öldürüb.

APA-nın “LifeNews”-a istinadən verdiyi məlumata görə, hadisə ötən il dekabrın 29-da şəhərdəki 2 saylı xəstəxananın müalicə şöbəsinin qəbul otağında baş verib.

Həkim otağa daxil olaraq müayinədən keçən xəstəni tibb bacısına söz atdığına görə döyməyə başlayıb. Həkimin yumruq zərbəsi xəstənin başına tuş gəlib və o yerə yıxılıb. Bundan sonra həkim xəstənin yanında olan digər şəxsi də döyməyə başlayıb. Yerə yıxılan xəstənin tərpənmədiyini və göyərməyə başladığını görən həkim və tibb bacıları ona yardım etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.

Hadisə anı otaqda müşahidə kamerasına düşüb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb. Həkim ölümlə nəticələnən döymə maddəsi ilə ittiham olunur.

Paylaş:
1246

Son xəbərlər

Bütün xəbərlər