Amerika ölkələri nefti maya dəyərindən ucuz satır | 1news.az | Xəbərlər
Dünya

Amerika ölkələri nefti maya dəyərindən ucuz satır

12:26 - 22 / 01 / 2016
Amerika ölkələri nefti maya dəyərindən ucuz satır

Son zaanlar dünya bazarında neftin qiymətinin xeyli aşağı düşməsi səbəbindən Venesuela, Kolumbiya və Ekvador kimi ölkələr hasil etdikləri nefti maya dəyərindən ucuz satmaq məcburiyyətindədirlər.

1news.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə qeyd olunan ölkələrin neft şirkətlərindəki mənbələr bildirirlər.

Belə ki, Venesuelanın DCO markalı neftinin bir bareli 15 dollara, Kolumbiyanın “Vasconia” markalı neftin bir bareli  21 dollardan aşağı qiymətə satılır. Ekvador prezidenti Rafael Korrea da bir müddət əvvəl ölkədə hasil olunan neftin maya dəyərindən ucuz satıldığını bəyan edib.

Qeyd edək ki, Venesuela dünyanın 10 ən iri neft ixracatçısı olaraq ümumi bazarında 3,7 faiz, Kolumbiya – 1,8 faiz, Ekvador isə 1 faizdən az paya malikdirlər. Qeyd edək ki, bir müddət əvvəl Meksika da (ümumi bazarın 2,5 faizi)  neftinin maya dəyərindən ucuz qiymətə satıldığını bildirmişdi.

Venesuelanın PDVSA Dövlət Neft Şirkətinin son məlumatlarına əsasən, ölkədə hasil olunan neftin maya dəyəri 18 dollar təşkil edir. Kolumbiyada bu göstərici 2015-ci ilin 3-cü rübündə 20-22 dollar təşkil edib.

Qeyd edək ki, 2014-cü ilin yayından neftin dünya bazarlarında qiyməti bir barrelə görə 115 dollardan 30 dollara qədər azalıb. Buna əsas səbəb kimi isə dünyada neftə tələb olunan miqdardan artıq neft hasil edilməsi göstərilir.

1news.az

Paylaş:
718

Son xəbərlər

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39
Bütün xəbərlər