Gürcüstanda H1N1 virusunun epidemiyası ilə əlaqədar 282 məktəb bağlanıb
Gürcüstanda H1N1 virusunun ("donuz qripi") yayılması səbəbindən 282 məktəb bağlanıb.
1news.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanvar ayı ərzində ölkədə "donuz qripi"ndən 5 nəfər, H3N1 virusuna yoluxmadan isə bir nəfər ölüb.
Xəbərdə bildirilib ki, Gürcüstanda yüz min nəfərdən 500-ü qripə yoluxub. Əvvəlki illərdə qış fəslində ölkədə adətən 100 min nəfərdən 332-də qripə yoluxma halı aşkarlanırmış.
Yerli mütəxəssislərin sözlərinə görə, qrip virusu bir qayda olaraq fevralda daha çox yayılır.
1news.az
837