“Səba” quşçuluq fabrikinin ərazisində yanğın baş verib
Abşeron rayonunda “Səba” quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 2900 kvadratmetr olan sexdə yanğın baş verib.
1news.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində sexin 2100 kvadratmetri yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Abşeron rayonunda “Səba” quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 2900 kv.m olan sexin yanar konstruksiyaları 2100 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb/
1news.az