ABŞ Türkiyə sərhədlərinə qoşun yeridir
ABŞ-ın Suriyanın şimalında iki hərbi baza qurmağa hazırlaşır.
1news.az-ın haberler.com saytına istinadla verdiyi xəbərə görə, iddia edilir ki, ABŞ-ın Hasekedəki hərbi bazasının inşası başa çatıb və Kobanidəki hərbi bazanın tikintisinə başlanıb artıq.
"ABŞ-ın hərbi mütəxəssisləri və mühəndisləri Haseke çölündəki neft qəsəbəsi olan Rimelanda, hərbi və mülki məqsədlərlə istifadə ediləcək hərbi bazanın inşasını başa çatdırıblar", - deyə məlumatda bildirilir.
Açıqlamaya görə, ABŞ Kobanidə bir hərbi bazanın inşasına da başlayıb. Bu bazanın həm sivil, həm də hərbi məqsədlə istifadə ediləcəyi qeyd edilir. Suriyadakı kürd səlahiyyətlilər Rimelan aerodromunun ABŞ vertolyotları tərəfindən istifadə edildiyini açıqlamışdı.
Ötən ay da ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi "Stratfor"un ələ keçirdiyi peyk görüntüləri mətbuata sızmışdı. Görüntülərdə Rimelandakı bir aerodromun genişləndiyi yer almışdı.
1news.az