Amerika alimləri görünməz plaş hazırlayıblar
Amerikalı mütəxəssislər unikal stels-örtük hazırlayıblar.
1news.az dni24.com saytına istinadla xəbər verir ki, artıq yaxın vaxtlarda amerikalı alimlər öz yeni kəşfləri – meta-dəridən hazırlanmış “görünməz plaş”la hamını heyrətləndirmək istəyirlər. Ayova Universitetini təmsil edən alimlər yeni kəşfləri haqqında açıqlama veriblər:
“Bu unikal elastik, yaxşıca dartılıb-uzadılan stels-örtük maye metal materialdan hazırlanıb. Mütəxəssislər qeyd edirlər ki, yeni kəşf elektromaqnit dalğalarını udmağa qabildir”. Bu stels-örtüyü döyüş təyyarələrinin radalardan gizli uçuşları üçün tətbiq etmək olar. Alimlər yeni örtüyü “meta-dəri” adlandırırlar.
Məmulatın tərkibində insanın canlı təbiətdə rastlaşmadığı, məsələn, elektromaqnit dalğaları ilə manipulyasiya etmək qabiliyyətinə malik xüsusi kompozit materiallar var. “Meta-örtük” içində qalinstan halqalar cərgəsi olan silikon təbəqədən ibarətdir.
Qalinstanın özü otaq temperaturunda maye metal ərintidir. Bu maddə civə kimi toksik deyil. Örtüyün üzərinə elektriklə təsir göstərdikdə halqalar induksiya qarqarasına, aralıqlar isə kondensatora transformasiya olurlar. Qarşılıqlı təsir prosesində onlar müxtəlif tezliklərdə radiolokasiya dalğalarını yatıracaq örtüyü rezonatora çevirirlər.
1news.az