Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb
Bazar günü Türkiyənin paytaxtı Ankarada baş verən partlayış zamanı ölənlərin sayı 37 nəfərə çatıb.
1news.az-ın hurriyet.com.tr -yə istinadən verdiyi xəbərə görə bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib.
Nazir qeyd edib ki, 30 nəfər hadisə yerində, 7 nəfər isə çatdırıldığı xəstəxanalarda ölüb.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.
Mövzu ilə bağlı:
http://www.1news.az/az/region/turkiye/20160313093126986.html
http://www.1news.az/az/region/turkiye/20160314092319921.html
http://www.1news.az/az/region/turkiye/20160314112944889.html
http://www.1news.az/az/region/turkiye/20160314124935492.html
1news.az