Ankarada terror aktı törətməkdə şübhəli bilinən qadının ailə üzvləri tutulub
Ankaradakı terror törətməkdə şübhəli bilinən Səhər Çağlanın ailə üzvləri tutulub.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, onun ailəsi Türkiyənin Təkirdağ bölgəsində yaşayır.
Qeyd edək ki, Səhər Çağlanın 3 ildir itkin düşdüyü bildirilib. O, Balıkəsir Universitetinin tələbəsi olub. Atasının dediyinə görə, 2013-cü ildən ondan xəbər yoxdur.
Səhər Çağla 4 qadın dostu ilə birlikdə terrorçu PKK-nın üzv olduğu və təbliğatını apardığı üçün ittiham olunurdu.
Bu gün hadisə yerindən tapılan bədən üzvlərinə əsasən, atasını DNT analizi ediblər. Atası qızının universitetdə oxuyan tək övladı olduğunu da söyləyib. Bundan başqa, Səhər Çağlanın "Cümhuriyet" qəzetinin əməkdaşı olduğu haqda da məlumat yayılıb.
Qeyd edək ki, Ankaranın "Kızılay" meydanı yaxınlığında törədilən terror aktı nəticəsində 37 nəfərin həyatını itirib, 125 nəfər isə yaralanıb.
1news.az