Kim Çen In növbəti dəfə nüvə silahının sınağını keçirmək niyyətindədir
Şimali Koreya lideri Kim Çen In yaxın zamanda növbəti dəfə nüvə silahının və ballistik raketlərin sınağını keçirmək niyyətində olduğunu bəyan edib.
1news.az-ın “РИА Новости”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Rönhap” agentliyi bildirib.
“Yaxın zamanda nüvə silahının və nüvə başlığı daşımağa qadir olan ballistik raketlərin sınaqları keçiriləcək”, - deyə məlumatda bildirilib.
1news.az
716