ABŞ sakini Rusiyada azyaşlı qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib
ABŞ sakini Yusef Abramov Rusiyada həddi-buluğa çatmamış qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib.
1news.az-ın TACC-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Rusiya və ABŞ vətəndaşlığı olan 58 yaşlı Abramov 2009-2011-ci illərdə Rusiya ərazisində azyaşlı qızları zorlamaqda təqsirli bilinib.
Rusiya İstintaq Komitəsi, ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşlığı nəticəsində cinayətkarı məsuliyyətə cəlb etmək mümkün olub.
1news.az
672