Kerri Rusiyaya səfər etməyi planlaşdırır | 1news.az | Xəbərlər
Dünya

Kerri Rusiyaya səfər etməyi planlaşdırır

09:26 - 16 / 03 / 2016
Kerri Rusiyaya səfər etməyi planlaşdırır

ABŞ dövlət katibi Con Kerri 21-22 mart tarixlərində Kubaya səfərindən sonra Rusiyaya gedəcək.

1news.az-ın “РИА Новости”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da Con Kerrinin yaxın zamanda Moskvaya səfər edəcəyini istisna etməyib.   

Qeyd edək ki,  Con Kerri 21-22 mart tarixlərində Kubaya səfər edəcək ABŞ prezidenti Barak Obamanı müşayiət edəcək.

1news.az

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər