Rostov aeroportunun uçuş-enmə zolağı bərpa edilib
Rusiyanın Rostov-na-Donu şəhər aeroportunun uçuş-enmə zolağı bərpa edilib.
1news.az APA-ya istinadən verdiyi məlumata görə, martın 19-a keçən gecə “Boeing” təyyarəsinin qəzaya uğraması nəticəsində hava limanının asfalt-beton örtüyü, elektrik enerji təchizatı şəbəkəsi və işıq-siqnal sistemi sıradan çıxıb.
Məlumatda bildirilir ki, bu gündən etibarən “Boeing” şirkətinin mütəxəssisləri təhqiqatlara qoşulacaqlar.
Xatırladaq ki, Dubay-Rostov marşrutu üzrə uçan “Flydubai” aviaşirkətinə məxsus “Boeing” sərnişin təyyarəsi şənbə gününə keçən gecə hava limanına eniş edərkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 62 nəfər olub. Onların hamısı ölüb.
1news.az
606