Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində müzakirə olunmayacaq | 1news.az | Xəbərlər
Ermənistan

Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində müzakirə olunmayacaq

13:42 - 16 / 05 / 2016
Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində müzakirə olunmayacaq

Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyası Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini plenar iclasın gündəliyinə salmaqdan imtina edib.

1news.az “news.am”a istinadən xəbər verir ki, müəllifləri Zauri Postancyan və Qrant Baqratyanın olduğu qanun layihəsi komissiyanın iclasında səsverməyə çıxarılıb.

Layihənin lehinə yalnız “İrs” fraksiyasının nümayəndəsi Tevon Poqosyan, əlehinə isə hakim Respublika Partiyasından üzvü Hamlet Artunyan səs verib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Digər deputatları səsverməyə qatılmayıblar. Layihə plenar iclasın gündəliyinə salınmayıb.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər