Dmitri Medvedev İrəvana səfər edib
Rusiyanın baş naziri Dmitri Medvedev ötən gecə Ermənistanın paytaxtı İrəvana səfər edib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, səfərin məqsədi Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirak edəcəyi Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməkdir.
Məlumata görə, bu cür görüşlər, adətən, hər üç aydan bir keçirilir. İrəvanda bu gün keçiriləcək iclasın Avrasiya İqtisadi Birliyinin fəaliyyətə başladığı 2015-ci ilin yanvarın 1-dən bu vaxtadək sayca beşinci olduğu bildirilir.
Gömrük ittifaqı və vahid iqtisadi məkan bazasında yaradılmış Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Birliyə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.
Qeyd edək ki, cari ilin ilk iclasının İrəvanda keçirilməsi planlaşdırılsa da, aprelin 13-də Moskvada baş tutub.
1news.az