Pakistanda yol qəzası nəticəsində 10 nəfər həlak olub
Pakistanın Canq dairəsinin Nasirabad şəhərində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 10 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaralananların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Pakistan Statistika Bürosunun məlumatına görə, hər il ölkədə orta hesabla 9 min yol-nəqliyyat hadisəsi baş verir və təxminən 5 min nəfər həlak olur. Buna səbəb kimi yol infrastrukturunun pis olması və sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi göstərilir.
555