“Greenpeace”in Rusiyadakı layihə koordinatoru: “Metsamor AES terrorçular üçün əlçatandır” | 1news.az | Xəbərlər
Ermənistan

“Greenpeace”in Rusiyadakı layihə koordinatoru: “Metsamor AES terrorçular üçün əlçatandır”

22:07 - 25 / 05 / 2016
“Greenpeace”in Rusiyadakı layihə koordinatoru: “Metsamor AES terrorçular üçün əlçatandır”

“Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası böyük bir ərazi üçün çirklənmə mənbəyidir. Bütün AES-lər təhlükəlidir, xüsusən də istismar müddəti bitmiş olmasına baxmayaraq, fəaliyyətini davam etdirən AES-lər”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu sözləri “Greenpeace Rusiya” təşkilatının enerji layihəsinin koordinatoru, enerji sahəsində tanınmış ekspert Rəşid Alimov bildirib. O deyib ki, Metsamor AES vaxtilə zəlzələyə müqavimət göstərib:

“Yəni, layihə artıq köhnəlib və müasir tələblərə cavab vermir. Metsamor AES-də qoruyucu üzlük və müasir standartlara uyğun təhlükəsizlik sistemi mövcud deyil”.

Ekspert Metsamor AES-də qəza olacağı təqdirdə, hansı ərazilərin çirklənəcəyi ilə bağlı indiyə kimi dünyada bir sıra tədqiqat institutlarının araşdırma apardığını, həyəcan təbili çaldığını vurğulayıb: "Bunlardan biri Avstriyanın Yer haqqında Elmi İnstitutunun apardığı araşdırmadır. Araşdırmada Metsamor AES-də qəza baş verəcəyi halda, Azərbaycan da daxil olmaqla, böyük bir ərazinin çirklənəcəyi qeyd olunub. Bildirilib ki, hava şəraitindən asılı olaraq Metsamor AES-dəki mümkün qəza böyük ərazini çirkləndirə bilər və bu, region üçün olduqca təhlükəlidir”.

R.Alimov Metsamor AES-in mövcudluğunun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların, terrorçuların  regiona diqqətini artırdığını da əlavə edib: “Metsamor AES yaxın ərazidə hərbi əməliyyatların baş verəcəyi halda hücuma məruz qala biləcəyi kimi, həm də terrorçular üçün əlçatandır”.

Ekspertin fikrincə, həm Ermənistanın, həm də regionun digər ölkələrinin bərpa olunan enerji mənbələrindən istifadəsi üçün böyük potensialı var:

“Metsamor AES-in köhnə və təhlükəli blokları bağlanmalıdır”.

1news.az

Paylaş:
873

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər