Sarkisyanın hərbi islahatları: məğlub ordunun qovulan generalları - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyanın hərbi islahatları: məğlub ordunun qovulan generalları - Newtimes.az

14:15 - 27 / 05 / 2016
Sarkisyanın hərbi islahatları: məğlub ordunun qovulan generalları - Newtimes.az

Dörd günlük aprel müharibəsindən sonra Ermənistan rəhbərliyi o qədər ziddiyyətli addımlar atıb ki, ortaya qəribə bir mənzərə çıxıb.

Serj Sarkisyan gah erməni ordusunun ''qələbəsindən'', əsgərlərin ''igidliyindən'' danışır, gah da generalları vəzifələrindən qovur. Bir tərəfdən erməni KİV-i ''Arsax'' ordusunun müqavimət gücündən bəhs edir, ''mərd oğullar''ın ''vətən uğrunda'' canlarını qurban verdiyini yazır, digər tərəfdən isə ordunun acınacaqlı vəziyyətdə olmasını etiraf edən informasiyalar yayır. Bununla yanaşı, erməni ekspertlər döyüşən ''DQR'' ordusunun olduğunu vurğulayır, lakin bu halda nəyə görə Ermənistan ordusunun rəhbərliyinin cəzalandırıldığını izah etmirlər. Həqiqət isə gizlədilə bilməz – heç bir ''DQR'' və onun ordusu yoxdur, Ermənistan silahlı qüvvələri var. Onlar Azərbaycan torpaqlarını havadarlarının ciddi yardımı ilə işğal ediblər. Təcavüzkara endirilən hərbi zərbələr, artıq torpaqları qaytarmaq vaxtının gəldiyinin müjdəçisidir. Heç nə Ermənistanı bu məğlubiyyətdən xilas edə bilməyəcək. Bu gün bığını bada verən erməni zabitləri sabah canlarından məhrum olacaqlar.

Qorxaq əsgərlər: müharibədə yoxa çıxan erməni zabitləri

Mərd insan uduzduğunu mərdanə etiraf edər, heç kəsdən qaçıb gizlənməz. Güclü ordu da məğlubiyyətini qəbul edib səhvləri üzərində işləyər. Dürüst dövlət başçısı isə obyektiv və ədalətli olar, rəqibə böhtan atmaz. Fərd kimi ermənilər bir-birindən fərqlənirlər, onların sırasında Azərbaycana qarşı savaşın mənasız olduğunu açıq deyənlər az deyil. Lakin erməni ordusu və siyasi rəhbərliyi yüksək namərdlik və yalan nümunəsi göstərməkdə davam edirlər. Bunu konkret misallar sübut edir.

Öncə onu deyək ki, erməni ekspertləri, jurnalist və analitikləri çox zavallı duruma düşüblər. Onlar döyüş zamanı qaçıb gizlənmiş erməni zabitlərinə bəraət axtarmalı, işdən qovulan generalları müdafiə etməli və hətta bığını bada vermiş erməni komandirin davranışına haqq qazandırmalıdırlar. Təbii ki, onlar nə qədər ''bəzəsələr'' də, həqiqət ortadadır – Azərbaycan Ordusunun zərbələri erməni ordusunu pərən-pərən salıb və əksər hərbçilər canlarını qurtarmaq üçün sığınmağa deşik axtarıblar.

Ermənistan ordusunun ''qalib'' generallarının itirdiklərinə bir qədər sonra qayıdarıq. İndi İrəvanın yeritdiyi siyasətə verilən bir sıra qiymətləndirmələrə nəzər salaq. David Ovannisyan adlı bir erməni alimi var, o son müsahibələrinin birində maraqlı fikirlər bildirib. Müsahibə bütövlükdə obyektivlikdən, ədalətdən və reallıqdan uzaq fikirlərlə doludur. Lakin Ermənistan rəhbərliyi və aparılan ideologiya ilə bağlı diqqəti çəkən tezislər də orada yer alıb (bax: Давид Ованнисян: Позволять компрадорам приносить в жертву молодых, перспективных ребят для армянского общества – непростительная роскошь / ''Arminfo'', 20 may 2016).

Onu vurğulayaq ki, D.Ovannisyan erməni ''yumşaq gücü''nün (soft power) mövcud olduğunu iddia edir. Misal olaraq Kim Kardaşyanın da adını çəkir. Bütün dünya Kardaşyan adlanan axçinin yalnız bədəninin müxtəlif yerlərini açıq göstərməklə məşğul olduğunu bilir. Əgər erməni ziyalı şüuru qadının ''yumşaq yerləri''ni geosiyasi məzmun kəsb edən ''yumşaq güc'' kimi təqdim edirsə, burada mütləq psixoloji problemlər vardır. Bunu onların Ermənistan rəhbərlərinin yarıtmaz işlərindən danışaraq, ancaq Azərbaycan rəhbərliyinə inanmadıqlarını ifadə etmələrindən də duymaq mümkündür.

Hər nə isə, D.Ovannisyan deyir: ''...Ermənistanda ermənilər çoxdan ən azı Səudiyyə Ərəbistanı və Qətərdəkilər kimi yaşamalı idilər. Ancaq bu yolda onların qarşısını axmaqlıq və tamahkarlıq kəsib. Tamahkarlığı bağışlamaq olar, axmaqlığı isə – heç vaxt... Ancaq tamahkarlığı ram etmək olur, axmaqlığı yox. Savadsız, ticarət və spekulyasiyalardan başqa bir şeyə yaramayan adamlar bu gün erməni dövlətçiliyində mühüm mövqelər tuturlar...'' (bax: əvvəlki mənbəyə).

Bizcə, Ovannisyan bu məqamda haqlıdır – Ermənistan rəhbərliyi axmaq, tamahkar, bütün sahələrdə spekulyasiyalarla məşğul olan və ''dana şüuru''na malik məxluqlarla doludur. Lakin Ovannisyan bir şeyi anlamır ki, psixoloji olaraq axmaqlığın kökündə digər faktorlarla yanaşı, həm də tamahkarlıq durur. Çünki tamahkara ağıl lazım deyil: o, axmaq olmalıdır ki, sonra bütün yaramaz davranışını ''bilmədim, duymadım, anlamadım'' kimi bəhanələrlə izah etsin. Lap aprel ayında baş verən ''4 günlük müharibə''nin izahlarında olduğu kimi.

''Bığ əməliyyatı'': Sarkisyanın ''siyasi diabetikliyi'' general Akopyanı nədən məhrum etdi?

Ermənistan rəhbərliyi bir iclasda erməni ordusunun və əsgərinin tərifini göylərə qaldırır, küçəyə çıxanda isə öz vəzifələrini yerinə yetirməyən generalların hamısını cəzalandıracağını, ''dama'' basacağını deyir. Azərbaycanlılar demişkən, ''adam zır dəlidir''! Axı, qalib ordunun yüksək rütbəli zabitlərini, peşəkar generalları cəzalandırmaq olar? S.Sarkisyan Hitler kimi turşumuş sifəti ilə camaat qarşısına çıxıb ərz edir ki, ''olar və lazımdır!''

S.Sarkisyanın sözləri ilə əməlləri arasındakı bu uyğunsuzluq onun ''siyasi diabetik'' olduğunu göstərir. Məlumdur ki, diabetiklərdə sinirlər pozulanda, bədən hərəkətləri normal olmur – qəribə titrəyişlər meydana gələ bilir. Diqqətli müşahidəçilər Vyana görüşündə S.Sarkisyanın sifətində də anormal narahatlıq, çaşqınlıq olduğunu görüblər. Əslində, aprel müharibəsindən sonra onun atdığı addımlardan da konkret olaraq bunu görmək mümkündür. Sarkisyanın generalları bunun üçün kifayət qədər əsas veriblər.

Qısa bir müddətdə S.Sarkisyan 4 ''qalib'' generalla vidalaşıb. Onlar orduda çox vacib istiqamətlərə – kəşfiyyat, təchizat, rabitə və silahlara nəzarət sferalarına rəhbərlik edənlər olublar. Erməni ekspertlər özləri bu generalları ''məntiqi sapa'' düzərək, təsdiq etməyə məcburdurlar ki, ordu tamamilə çöküb (bax: məs., Аршалуйс Мгдесян. ''Без глаз и ушей'': почему полетели генеральские головы в армянской армии? / ''EADaily'', 30 aprel 2016).

Tanınmış jurnalist Arşaluys Mqdesyan məqaləsində erməni ordusunun kadrlarının bacarıqsızlığını dolayısı da olsa etiraf edir. Çünki ordunun ''gözü və qulağı'' olan kəşfiyyat işləyə bilmirsə, hərbi əməliyyatların ''başı'' olan generallar plan qurmağı bacarmırlarsa, müasir döyüşün sirlərinə bələd deyillərsə, ordu üçün nəzərdə tutulan materialları öz ehtiyacları üçün istifadə edirlərsə, Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəisi savaş gedə-gedə bilyard oynadığına görə işə çıxmırsa, deməli, başıpozuq adamlardan söhbət gedir. Məhz buna görədir ki, Azərbaycan əsgəri qəhrəmancasına Lələ təpəyə doğru irəliləyəndə, qonşu erməni səngərlərindən əsgərlər dovşan kimi qaçıb canlarını xilas etməyə çalışırdılar.

Daha maraqlısı – döyüşlər zamanı Madagiz (Suqovuşan) batalyonunun komandiri Arutyun Əmirxanyan (familiyaya bax! – Newtimes.az) yoxa çıxıbmış. Döyüşlər başa çatandan sonra üzə çıxan bu ''qəhrəman erməni zabiti'' məzuniyyətdə olduğunu və ayağı sındığı üçün xəstəxanada müalicə aldığını deyib. Dərhal aydın olub ki, o yalan danışır. Polkovniki işdən çıxarıblar, lakin onun baş qərargah rəisi, general Yuri Xaçaturovun qohumu olduğundan daha yüksək vəzifəyə təyin edilə biləcəyindən danışırlar. Bu da erməni ordusunda kadr siyasəti!

Lakin bütün bunlar Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general Movses Akopyanın başına gələnlərin yanında ''toya gedəsidir''. O da aprel döyüşlərində ''Balayanın inəyi'' kimi itkin düşmüşdü. İndi üzə çıxıb, ancaq... bığsız! Adam bığını müharibədə bada verib. Dediyinə görə, bu müddətdə xəstə yatıb (bax: Erməni general "dördgünlük müharibə"dən sonra bu günə düşdü / ''Baku.ws'', 24 may 2016). Nədənsə, erməni zabitləri Azərbaycan Ordusu hücuma keçən kimi ''xəstələnirlər''. M.Akopyan isə qarın ağrısına deyil, ''bığsızlaşma sindromu''na tutulub. Onun bığlarını Azərbaycan Ordusunun odsaçan silahı ütüb. Gələn dəfə, yəqin ki, bu erməni zabitinin başı itəcək, lakin onda o, kimsənin qarşısına çıxa bilməyəcək.

Əslində, ermənilərin başına gələn bütün bu işlərin çox sadə bir izahı vardır. Onlar yanlış yerdə durublar. Erməni zabiti və əsgəri bilir ki, torpaq onun deyil, uğrunda həlak olmağa dəyməz. Bu səbəbdən min bir bəhanə ilə döyüş meydanından qaçaraq özlərini xəstəliyə vururlar. S.Sarkisyan nə qədər ürək-dirək versə də, kadrları dəyişsə də, Ermənistan üçün vəziyyət dəyişməyəcək. Daha ağır zərbələr alacaq. Yalnız Azərbaycan bayrağı Xankəndində dalğalanandan sonra erməni zabit və əsgərləri bir az rahat nəfəs ala bilərlər.

Ermənistan cəmiyyəti, əslində, lazım olan işi görmür. Erməni xalqı Serj Sarkisyanın generalları cəzalandırma prosesinə etiraz etməli və prezidentin özünü qovmalıdır. Bir separatçı və bəsit "kəndçi siyasəti" (İqor Muradyan) yeridən adamın hakimiyyətdə olması bütün faciələrin köküdür. Sadə ermənilər bunu dərk etməli və ''bığ itirmə''nin faciəvi hadisələrin siqnalı olduğunu anlamalıdırlar. Onlar öz prezidentlərinə belə bir sual verməlidirlər: ''Hanı sənin ordun, hanı sənin topun-topxanan, hanı sənin generalların, cənab Sarkisyan?!''

Newtimes.az

Paylaş:
671

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər