G7 liderləri Rusiyaya qarşı sanksiyaları gücləndirəcəklərini bəyan ediblər | 1news.az | Xəbərlər
Dünya

G7 liderləri Rusiyaya qarşı sanksiyaları gücləndirəcəklərini bəyan ediblər

09:46 - 27 / 05 / 2016
G7 liderləri Rusiyaya qarşı sanksiyaları gücləndirəcəklərini bəyan ediblər

Rusiyaya qarşı sanksiyalar Minsk sazişləri tam yerinə yetirilənədək qüvvədə qalacaq və zərurət yaranacağı təqdirdə gücləndirilə bilər.

1news.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə "Böyük yeddiliy"in Yaponiyada keçirilən sammitinin yekununda qəbul olunan birgə bəyannaməsində deyilir.

"Biz təsdiq edirik ki, Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılması tamamilə Moskvanın Minsk sazişlərinin tam implementasiyası və Ukraynanın suverenliyinə hörmət edilməsinə dair hərəkətləri ilə bağlıdır. Sanksiyalar Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə ləğv oluna bilər. Bununla yanaşı biz əgər Rusiyanın hərəkətləri tələb edərsə, gələcəkdə də məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırıq", — deyə sammitin bəyannaməsində bildirilir.

Eyni zamanda qeyd olunur ki, "yeddilik" liderləri Ukrayna böhranının həlli üçün Moskva ilə dialoqun saxlanılmasının mühüm olduğunu vurğulayıblar.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər