Erməni generalı: “Biz əldən verdiyimiz bu yüksəkliyə görə çox şey itirdik və yenə də itirəcəyik”
“Erməni tərəfi strateji baxımdan çox vacib yüksəkliyi itirdi və onu qaytarmaq lazımdır”
1news.az Ermənistan KİV-nı istinadən xəbər verir ki, bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadiy Ter-Tadevosyan (Kommandos) bildirib.
Onun sözlərinə zaman həmin döyüşlər zamanı lazım olan tədbirlər görülməyib.
“İndi isə bunları gizlətmək etmək üçün hökumət deyir ki, o qədər də vacib yüksəkliklər deyildi. BU ən vacib strateji yüksəkliklər idi. İndi isə onların qaytarılması haqqında düşünmək lazımdır.
Təbii ki, bəzi deputatların bəyanatları da bundan qaynaqlanır və acınacaqlı haldır”, - deyə Ter- Tadevosyan qeyd edib.
Bu yüksəklikləri necə qaytaracaqlarını artıq Ermənistan Müdafiə nazirliyi və hökümət düşünməlidir. Biz şimalda əldən verdiyimiz bu yüksəkliklərə görə çox şeyi itirdik və yenə də itirəcəyik. İndi Qarabağın ən böyük səhəri Mardakert ( Ağdərə) nişangahdadır. Bu yüksəklikləri qaytarmaq lazımdır”, -deyə Kommandos fikrini tamamlayıb.
1news.az