Respublika Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil edilib | 1news.az | Xəbərlər
Siyasət

Respublika Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil edilib

14:04 - 28 / 05 / 2016
Respublika Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil edilib

Azərbaycanın Türkiyədəki səfirliyi 28 May - Respublika Günü münasibəti ilə Ankara şəhərində rəsmi qəbul təşkil edib.

Mərasimdə Türkiyə Respublikası Baş nazirinin müavini Tuğrul Türkeş, iqtisadiyyat naziri Nihat Zeybekci, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezqin, Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Galib Mendi ilə birgə 30 general, Türkiyə XİN-in yüksək vəzifəli rəsmiləri, çox sayda QHT və siyasi partiyaların təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr, diaspor və KİV nümayəndələri iştirak ediblər. Mərasim keçirilən salona müxtəlif qurumlardan çoxsaylı əklil və çələnglər göndərilib.

Geniş tərkibli möhtəşəm tədbir iki qardaş xalqın xilaskar liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnlərin səsləndirilib.

Mərasimi giriş sözü ilə açan səfir Faiq Bağırov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən inkişaf strategiyası sayəsində Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərin beynəlxalq aləmdə ölkəmizi qabaqcıl bir dövlət kimi ön sıralara çıxardığını diqqətə çatdırıb. Səfir vurğulayıb ki, Ulu Öndərimizin “Bir millət, iki dövlət” kəlamı əsasında sağlam təməllərə söykənən Azərbaycan - Türkiyə münasibətləri daha da möhkəmlənib və ölkələrimizin ortaq iradəsini nümayiş etdirən bir çox irimiqyaslı layihələrin reallaşmasını təmin olunub.

Türkiyə Respublikası Baş nazirinin müavini Tuğrul Türkeş çıxışında iki qardaş ölkənin əlaqələrinin əhəmiyyətinə diqqət çəkərək, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildirib. Türkiyədə 2016-cı ilin martında törədilmiş terror aktından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfər etdiyini xatırladan T.Türkeş bu səfəri Azərbaycan tərəfindən nümayiş edilən həmrəyliyin daha bir bariz nümunəsi kimi dəyərləndirib.

Mərasim ziyafətlə davam edib.

İştirakçılara "İrs-Miras" və "Diplo Atlas" jurnalları, türk dilində nəşr olunan "Heydər Əliyev" və "İlham Əliyev" kitabları hədiyyə olunub.

1news.az

Paylaş:
520

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər