Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib

15:44 - 30 / 05 / 2016
Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyə Respublikasının İzmir şəhərinə yola düşüb.

1news.az-ın məlumatına görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti “Efes-2016” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak edəcək.

Məlumat üçün bildirək ki, 9 ölkənin (Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə) qatıldığı “Efes-2016” beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.

1news.az

 

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər