Bakı Nobel Qardaşlarının iqamətgahında təqdimat mərasimi keçirilib
Mayın 30-da Bakı Nobel Qardaşlarının iqamətgahı olan (1879-1920) Villa Petroleada - Bakı Nobel İrsi Fondunun (BNİF) “Arxiv fondlarının Nobel inciləri” yeni elmi tədqiqat layihəsinin təqdimatı keçirilib.
1news.az-ın Fondan verilən xəbərə görə, son bir il yarım ərzində Bakı Nobel İrsi Fondunun xüsusi qrupu Azərbaycan Dövlət Tarix Arxivində böyük işlər aparıblar və yeddi istiqamət üzrə 20 000-dən artıq nadir Nobel arxiv sənədlərini aşkar edib:
1. “Branobelin” yaradılması və inkişafı
2. Laboratoriya ixtiraları, yeni zavodlar və innovasiyalar
3. Menecment və korporativ idarəetmə
4. Digər şirkətlərlə əməkdaşlıq
5. Unikal marketinq və nəqliyyat sistemi
6. Tikinti və infrastruktur layihələri
7. Sosial yönümlü biznes modeli.
Bütün bu sənədlər (50 min səhifədən artıq) rəqəmsallaşdırılıb və Bakı Nobel İrsi Fonduna məxsusdur. Təqdimat zamanı xüsusi websaytın internetdə artıq fəaliyyət göstərdiyi bildirilib – www.bakunobelarchives.az orada seçmə sənədlər nümayiş olunub və ictimai istifadə üçün əlverişlidir.
Bakı Nobel İrsi Fondunun sədri cənab Toğrul Bağırovun sözlərinə görə, elmi tədqiqat işlərin aparılması Azərbaycan Dövlət Arxivində davam edəcək və çox yaxın zamanda sənədlərin sayı iyirmi minə çatacaq və nümayiş olunacaq.
Bu səbəblə Villa Petroleada keçirilən təqdimat və qəbul mərasimində Milli Məclisin deputatları, müvafiq nazirliklərin, akademik, elm və təhsil mərkəzlərinin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş aparıcı xarici ölkələrin səfirləri, eləcə də Azərbaycanın ziyalı iş adamları və yerli mətbuat nümayəndələri iştirak ediblər.
1news.az