Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib

20:30 - 02 / 06 / 2016
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Məmmədov Əmirullah Məmmədəli oğlu

“Əməkdar jurnalist”

Bağıyeva Mətanət Nəbi qızı

Məmmədov Nizami Zilli oğlu

“Əməkdar rəssam”

Zeynalov Yaşar Ələkbər oğlu

Səmədov Asim Rəsul oğlu

“Əməkdar artist”

İsmayilova Elnarə Telman qızı

Manafov İslam Atabala oğlu”

1news.az

 

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər