Abşeronda iki gənc su quyusuna düşərək boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda iki gənc su quyusuna düşərək boğulub

09:17 - 02 / 06 / 2016
Abşeronda iki gənc su quyusuna düşərək boğulub

Abşeron rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər