Gilas yığmaq üçün ağaca çıxan Göyçay sakini ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gilas yığmaq üçün ağaca çıxan Göyçay sakini ölüb

12:10 - 02 / 06 / 2016
Gilas yığmaq üçün ağaca çıxan Göyçay sakini ölüb

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, hadisə may ayının 30-da Göyçay rayonunun Mırtı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Xalid Kərimov həyətində ağacdan gilas yığarkən nərdivandan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş X.Kərimov iyunun 1-də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər