İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini fəxri adla təltif edib
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Əliyev Elman İslam oğlu
Həsənov Köçərli Fəriş oğlu
Quliyev Mətləb Hüseyn oğlu
Musayev Məhəbbət Abduləli oğlu”.
1news.az
666