Azərbaycanın baş naziri türkiyəli həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın baş naziri türkiyəli həmkarı ilə görüşüb

21:42 - 03 / 06 / 2016
Azərbaycanın baş naziri türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, baş nazir A.Rasizadə B.Yıldırımı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və baş nazir təyin olunması münasibətilə təbrik etdi, ona dövlətçilik fəaliyyətində uğurlar arzuladı və nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirdi. A.Rasizadə B.Yıldırımın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söylədi.

Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən A.Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğuladı, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırdı. O, Türkiyənin İzmir vilayətində keçirilən ənənəvi “Efes” hərbi təlimlərinin Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd etdi.

Baş nazir A.Rasizadə Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının heç bir əsasının olmadığını bildirdi. O, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, Xocalı soyqırımına, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən və işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməyə etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsini pislədi.

Türkiyənin baş naziri B.Yıldırım qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd etdi. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran B.Yıldırım ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğuladı. Türkiyənin baş naziri əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.

B.Yıldırım Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini dedi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən B.Yıldırım diqqətə çatdırdı ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
391

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər