Azad Rəhimov baronessa və vitse-prezidentlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azad Rəhimov baronessa və vitse-prezidentlə görüşüb

22:43 - 03 / 06 / 2016
Azad Rəhimov baronessa və vitse-prezidentlə görüşüb

Bu gün gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniyanın baş nazirinin ticarət üzrə elçisi baronessa Nikolsonu və Köln Almaniya İdman Universitetinin vitse-prezidenti Kristof Bruerini qəbul edib.

1news.az-ın məlumatına görə, baronessa Nikolson ilə görüş zamanı nazir gənclər və idman sahələrində görülən işlər, ölkəmizdə fəaliyyət göstərən Olimpiya idman kompleksləri, gənclər evləri, eyni zamanda, qeyri-hökumət gənclər təşkilatları, hər iki sahədə həyata keçirilən yerli və beynəlxalq layihələr, qarşıda baş tutacaq Formula 1 Grand Prix, Ümumdünya Şahmat Olimpiyadası və digər yarışlar haqda geniş məlumat verib.

A.Rəhimov eyni zamanda, Avropa oyunları çərçivəsində Azərbaycan mütəxəssislərinin ingilis mütəxəssisləri ilə sıx əməkdaşlığından, ingilis idmançıalrının yarışlar zamanı yüksək nəticələrindən də söz açıb.

Qarşılıqlı əməkdaşlıq sahəsinə gəldikdə isə, nazir Azərbaycanın müxtəlif ölkələrin universitetləri ilə həyata keçirdiyi “Mən Azərbaycan haqda nə bilirəm?” layihəsini Böyük Britaniyada da reallaşdırmanın mümkünlüyündən, ümumilikdə  gənclərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığından, bununla yanaşı idmançıların qarşılıqlı təlim məşq toplantılarına qatılmalarının mümkünlüyündən danışıb, bütün bunların yüksək nəticələr verə biləcəyindən söz edib.

Öz növbəsində baronessa Nikolson iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb, xüsusi ilə, Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün müxtəlif sahələrdə hayata keçirdiyi layihələri, onların Formula 1 Grand Prix-yə cəlb olunmalarını çox yüksək qiymətləndirib, bu sahədə də əməkdaşlığa geniş şəkildə hazır olduqlarını diqqətə çatdırıb.

Köln Almaniya İdman Universitetinin vitse-prezidenti Kristof Brueri ilə görüşü çərçivəsində nazir A.Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər edildiyini, akademiyanın təhsil sistemində yeniliklərin nəzərdə tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln universiteti ilə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini qeyd edib.

K.Brueri  səfərdən məmnunluğunu bildirib, akademiyada artıq maraqlı və yeni islahatlar aparıldığnı, fakultələrin sayında, eyni zamanda əhatə dairəsində dəyişiklikərin edildiyini müsbət qiymətləndirib, qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə inandığını ifadə edib.

1news.az

 

Paylaş:
496

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər